Sükan arxasında mobil telefondan istifadə edən sürücülərə MÜRACİƏT - VİDEO

 Sükan arxasında mobil telefondan istifadə edən sürücülərə MÜRACİƏT - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən Asayis.az-a verilən məlumata görə, müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələri səbəbindən baş verir.

DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani bir diqqətsizlik isə sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.

Qurum bununla bağlı videoçarx hazırlayıb.

Sözügedən videoçarx təqdim edirik:

BAKU.WS

VİDEO

16:24 - 27 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin