Türkiyənin Kayseri şəhərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün fotosunu yandıran 3 şagird jandarma qrupları tərəfindən saxlanılıb.
asayis.Az bu barədə "Habertürk"ə istinadən xəbər.
Bildirilir ki, Kayserinin İncesu rayonunda orta məktəb şagirdləri A.K., A.N. və H.E. Mustafa Kamal Atatürkün şəklini yandırıblar.
A.K. adlı şagirdin şəkli yandırdığı və digər dostlarının da yanında olduğu qeyd edilir.
Hadisə sosial şəbəkədə də paylaşılıb və 3 şagird jandarma qrupları tərəfindən saxlanılıb.