Özünü ölmüş kimi qələmə verən şirkət rəhbəri saxlanılıb.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar istintaq tədbirləri aparılıb.
Məlum olub ki, “Kaspian İnşaat MB” MTK-nın direktoru olmuş R.Qəniyev mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar başladığı üçün avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyub, maşını yandırıb və bu yolla özünü ölmüş kimi qələmə verib.
R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.