Bakıda müəllimi qətlə yetirən şəxsə cəza verildi - 18 il

 Bakıda müəllimi qətlə yetirən şəxsə cəza verildi - 18 il

Bakının Qaradağ rayonunda qadını öldürərək yandırmaqda təqsirli bilinən 1985-ci il təvəllüdlü Orxan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az xəbər verir ki, Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda hökm oxunub. 
Məhkəmənin hökmü ilə Orxan Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, qətl hadisəsi ötən il mayın 27-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib.

Mayın 27-si saat 07 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi və orada yaşayan 1961-ci il təvəllüdlü Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 1985-ci il təvəllüdlü Orxan Novruzov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Novruzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, qətlə yetirilən Xuraman Həsənova orta məktəbin müəllimi olub.

14:36 - 26 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin