Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs saxlanılıb

 Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə  pul oğurlandığını bildirib.


Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb. Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Həmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.


Hazırda həmin şəxsin barəsində cinyət işi üzrə iptidai istindaq aparılır. T.Məmmədovun əməllərinə görə zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə  zəng vuraraq məlumat vermələri və ya Quba RPŞ-yə müraciət etmələri xahiş olunur.

11:34 - 4 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin