Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç cinayət işi üzrə dindirilmıyən zərərçəkmişlərin bəziləri məhkəməyə gəlmədiyi məlum olub.
Asayis.Az xəbər verir ki, prosesdə elan olunub ki, prosesdə zərərçəkənlərdən Firuzə Mehraliyeva ilə bağlı məhkəməyə teleqram daxil olub.
Bildirilib ki, Firuzə Mehraliyeva 90 yaşı var və yataq xəstəsidir, bu səbəbdən o məhkəməyə gələ bilmir.
Bundan başqa Elnarə Babayeva himayəsində iki azyaşlı uşaq olduğunu və Qəbələ şəhərində yaşaması səbəbindən məhkəmə gələ bilmir.
Prokuror deyib ki, zərərçəkmişlər üzürlü səbəbdən məhkəməyə gəlmədiyi qeyd olunub.
Prokuror Elnarə Babayeva və Firuzə Babayevanın istintaqa verdiyi ifadələri elan edilməsini istəyib.
Daha sonra Elnarə Babayevanın istintaqa verdiyi ifadəsi elan olunub.
Elnarə Babayeva istintaqa verdiyi ifadəsində deyib ki, 1991-ci ildə 10 yaşı olub.
O, istintaqa ifadəsində Meşəli hadisəsinin baş verməsindən danışıb.
Bildirib ki, bu hadisədən əvvəl də kəndə silahlı hücumlar olar olub, bu səbəbdən kənd sakinləri kəndin müdafiəsini qoruyublar.
Zərərçəkmiş deyib ki, hadisə günü nənəsigil də olub.
Onun ifadəsinə görə, ermənilər hər tərəfdən hücum etdiyi üçün evdən çıxa bilməyiblər:
"Olduğumuz ev yandığı üçün çıxmaq istəyirdik. Amma aətəş açıldığı üçün qaça bilmirdik. Çölə çıxanda isə mən və bibim yaralandı. Çöldə şiddətli döyüşlər getdiyi üçün geri qayıtdıq. Üstümüzə yorğan-döşək ördek ki, güllə bizə dəyməsin. Bir tərəf evdən çıxdıq və qaçmağa başaldıq. Yolda bir silahlı şəxs qabağımıza çıxdı. Mən qabağda qaçırdım. Yanımızda olan Mətləbi dayınpnhəmin şəxs çağırdı. Amma Mətləb dayı onun yanına geymşdiyi üçün Mətləbi güllələdi. Sonra Novruz və onun uşaqlarını da güllələndi. Mən qabaqda qaçırdım. Kənd sakini İsmayılı da başından güllə ilə vurdular. Onun üstü qan içində idi. Biz bir qədər qaçdıqdan sonra həyət kimi yerdə gizləndik. Bir qədər keçəndən sonra oradan çıxdıq və çayı keçdik. Mənim ayağım suya düşdü. Bizimlə olan əsgər ayağında olan yaranı sarıdı. Sonra biz Qarağat kəndinə getdik. Oradan da bizi vertalyotla Ağdam rayonunuəda xəstəxanaya apardılar. Atam Çərkəz isə geri qayıdaraq bibimi axtardı. Bibimi yaralı vəziyyətdə tapıldı. Biz Ağdam rayonunda qaldıq. Sonra Laçının kəndində gəldik. Orada yaşadıq. Sonra ailə qurduğum Vüqarla Qəbələ rayonunda yaşayıram".
Hakim deyib ki, bu ifadə 19 noyabr 2007-ci ildə alınıb.
Firuzə Mehralayevanın 2005-ci iləd Ağsu rayon Prokurorluğunun müstəntiqi tərəfindən alındığı ifadəsi ilə alınıb.
Qeyd edib ki, uşaq olanda valideynləri ilə birlikdə Meşəli kəndinə köçüb və sonradan həmin kənddə ailə qurub. Onun sözlərinə görə, 1991-ci ilin dekabrında ailəsi ilə birlikdə evdə olan zaman erməni quldurlarının hücumuna məruz qalıblar:
"Biz döşəmənin altında gizlənmişdik. Ərim Mürsəl yaralanmışdır, evə girən erməni məni təpiklə vurdu. Bizim evimiz də olan iki polis işçisi də yaralandı. Onlardan birinin adı Elçin, digəri isə adı yadımda qalmayıb. Tofiq Hüseynovun dəstəsi gələrək bizi xilas etdilər. Həmin vaxt dayım oğlu Allahverdi Novruzov və onun ailəsini güllələyiblər, oğlunu isə girov götürmüşdülər. Bizim evimizə basqın edənlərin üzündə maska var idi. Dayımın evinə isə Armayıs, Ernis və digər şəxslər hücum edib, onları biz əvvəldən tanıyırdıq".