AZAL qiyməti ucuzlaşdırmağa hazırlaşır, hava limanları icarəyə verilir - AZAL-ın rəhbəri Natiq Cəfərliyə nələri açıqlayıb?

 AZAL qiyməti ucuzlaşdırmağa hazırlaşır, hava limanları icarəyə verilir - AZAL-ın rəhbəri Natiq Cəfərliyə nələri açıqlayıb?

Azərbaycanda fəaliyyət göstərən hava limanlarının xarici şirkətlərə icarəyə verilməsi ilə bağlı müraciət olunub və hazırda danışıqlar gedir. 

Azpost.info bildirir ki, bu barədə AZAL-ın birinci vitse-prezidenti, sədrin səlahiyyətilərini icra edən Samir Rzayev iqtisadçı-ekspert Natiq Cəfərli ilə görüşü zamanı bildirib.

AZAL-ın rəhbəri N.Cəfərlini görüşə dəvət edib və hava limanı ilə bağlı tənqidləri ətrafında müzakirə aparıblar.

Söhbət zamanı ən çox narazılıq doğuran təyyarə biletlərinin bahalığı ilə bağlı ictimai rəydə olan narazılığa toxunulub.

S.Rzayev bildirib ki, bu yöndə ciddi işlər aparılır. Artıq Türkiyədə oxuyan tələbələrə güzəştli biletlərin satılması həllini tapıb. Bunun digər ölkərədə oxuyan tələbələrə də şamil olunması üçün iş aparılır.

AZAL rəhbəri deyib ki, bilet qiymətlərinin aşağı salınması üçün xərclərin azaldılması proqramı hazırlanıb.  O bildirib ki, artıq ötən illə müqayisədə xərclər 15 faiz aşağı salınıb.
Yaxın zamanlarda yeni qiymət endirimləri olacaq.

S.Rzayev deyib ki, AZAL-da İctimai Şura yaradılacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin sentyabrın 1-dən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifənin müvəqqəti icrası Samir Rzayevə həvalə edilib.

15:00 - 25 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin