Hulusi Kılıçdan Ermənistana mesaj - Nəticələr ağır ola bilər

 Hulusi Kılıçdan Ermənistana mesaj - Nəticələr ağır ola bilər

Ermənistan bu günə qədər bir terror dövləti olub. Bundan sonra onun bir terror dövləti obrazından xilas olması üçün Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti aparması tövsiyə edilir.

Bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

O Paşinyanın 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanata imza atdığını xatırladıb: “Bunun da əsasları bəllidir. Eyni zamanda Paşinyan bu ilin martında Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul edib. Bundan sonra tərəflərin Brüsseldə vacib görüşü baş tutub. Eyni zamanda Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasına da razı olduğunu bəyan etmişdi. Sülh müqaviləsinin tez bir zamanda reallaşması üçün Ermənistanın real addımlar atması gözlənilir. Ermənistan bu addımları nə qədər gec atacaqsa, beynəlxalq hüquq müstəvisində üzərinə götürdüyü öhdəlikləri də icra etməmiş olacaq. Bununla da erməni xalqına zərbə vurulacaq. Çünki Azərbaycanla imzalanacaq sülh müqaviləsi indiki halda daha çox Ermənistana lazımdır”.

Sabiq səfir deyib ki, Azərbaycanın Cənubi Qafqazın parıldayan bir ulduzu olaraq günü-gündən inkişaf edir: “Eyni zamanda Azərbaycan bütün məsələlərdə tək deyil. Dünyada aparıcı gücə malik olan Türkiyə qardaş Azərbaycanın yanındadır. Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması paralel olaraq Türkiyə ilə münasibətlərin normallaşmasına da zəmin yarada bilər. Erməni tərəfi ikili oyunları ilə sülh, Türkiyə və Azərbaycan münasibətlərinin qısa zamanda normallaşmasına zərbə vurur. Ona görə də, Ermənistanın siyasi rəhbərliyi normal yanaşma ilə sabit bir dövlət olmaq istiqamətində addım atmalıdır. Bunun əksinə olacaq hər bir məsələ onlara zərər verəcək. Brüsseldə başqa, İrəvanda isə başqa bir siyasi xətti ortaya qoymaq dövlət adına yaraşmayan bir haldır”.

Hulusi Kılıç Ermənistanın ona uzanan dostluq əlinin sıxılmasının vacibliyini söyləyib: “Çünki hansısa iddialarla yaşamaqla prosesi daha da gərginləşdirmək yolverilməzdir. Artıq “status” deyilən bir anlayış yoxdur. Zəngəzur isə tarixi Azərbaycan torpağıdır. 1921-ci ildə Azərbaycan aid tarixi torpaqlar ermənipərəst liderlər tərəfindən ermənilərə güzəştə gedilib. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmayacaqsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü qəbul etməyəcək. Bunun isə nəticələri qarşı tərəf üçün çox ağır ola bilər”.//teleqraf.com

16:19 - 3 İyun 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin