Ortamüddətli xərc çərçivəsində (OMXÇ) yeni sahələri əhatə eymək niyyətindəyik.
Asayis.Az xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzuzunda 3-cü DİM Dialoqunda deyib.
"Sosial sahə hər zaman bizim büdcədə prioritet sahədir. Bu baxımdan növbəti dövrlərdə də OMXÇ-də biz səhiyyə xərclərinin artırılmasına və son nəticədə əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə nail olacağıq"- Azər Bayramov əlavə edib.