Bakıda atasını qətlə yetirməkdə təqsirləndirilən Pərvin Yusiflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Asayis.Az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən evlərin birində baş verib.
Aparılan araşdırmalar zamanı 1993-cü il təvəllüdlü Pərvin Yusifovun aralarında yaranmış mübahisə zamanı atası Rəsul Yusifovu bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Pərvin Yusifova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.