50 ilə tikilən ev: Bu evi ermənilər də paylaşıb - VİDEO

 50 ilə tikilən ev: Bu evi ermənilər də paylaşıb - VİDEO

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

 

Asayis.Az  xəbər verir ki, verilişin aparıcısı Arzu Kəlbi Maştağa kəndindəki məşhur evin sahibi Eldar Qasımovun qonağı olub.

 

Qala formasında tikilən evin və həyətin ərsəyə gəlməsi üçün 50 ilə yaxın vaxt sərf etdiyini deyən E.Qasımovun sözlərinə görə, bunun üçün ölkənin müxtəlif yerlərindən daşlar toplayıb.

 

“Mənə “Daş adam” deyirlər. Hansı rayona getmişəmsə, oradan daş gətirmişəm. Heç birinə pul verməmişəm”, – o söyləyib.

 

O, Şuşa qalasına bənzərliyi ilə seçilən evdə dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının Vətən müharibəsi zamanı erməniləri çaşdırmasından da bəhs edib:

 

“Bu bayraqlar ermənilərə gözdağı oldu. Şuşa işğaldan azad olunan gün ermənilər bu qalanı göstərdilər”.

17:12 - 20 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin