Məlum olduğu kimi, 2014-cü ildə “Sevil Massivi” MTK-nın təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov və digər şəxslər qanunsuz əməllərinə görə həbs olunmuşdular.
Daha çox əhalinin kasıb təbəqəsi üçün nəzərdə tutulan Abşeron rayonu Hökməli bələdiyyəsi ərazisində inşa edilən “Sevil” yaşayış massivinin inşasında, satışında ciddi nöqsanlar, korrupsiya halları aşkarlanmışdı. 2017-ci ildə məhkəmənin qərarı ilə vegidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyətinə görə Aynur Zeynalova 9 il azadlıqdan məhrum edilmişdi. Zərərçəkənlərə 30 milyon manatın qaytarılacağı bildirilsə də, hələ də həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemi həll olunmamış qalıb. Redaksiyamıza daxil olan məlumata görə, Aynur Zeynalov vaxtından əvvəl azadlığa buraxılıb.
Əfv olunması üçün onun oğlu, II Qarabağ müharibəsi qazisi İbrahim Zeynalov müraciət edib.
Aynur Zeynalovun azadlığaçıxdıqdan qısa müddət sonra, yəni 3 ay öncə vəfat etdiyi də daxil olan məlumatlar arasındadır. Onun vəfatına səbəb xərçəng xəstəliyi olub.