DTX əməliyyat keçirdi, Vatsap yazışmaları ilə şanatej edən haker saxlanılıb

 DTX əməliyyat keçirdi, Vatsap yazışmaları ilə şanatej edən haker saxlanılıb

Sosial şəbəkələrdə və KİV-də “Aztechnolog” adlı instaqram səhifəsini idarə edən şəxslər tərəfindən vatsap yazışmalarının ələ keçirilməsi və izlənilməsi ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılıb.

DTX-dan verilən xəbərə görə, məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu sözügedən səhifədə müəyyən pul müqabilində vatsap yazışmalarının izlənilməsi məqsədilə elektron ünvan təqdim edilməsinə dair yalan məlumat yerləşdirib. Bu xidmət üçün müraciət edənlər Arif Əsgərovun bank kartı hesabına pul köçürərək, qəbzlərin surətini səhifəyə göndərib. Lakin sonra həmin şəxslər müvafiq səhifəni idarə edənlə əlaqə yarada bilməyiblər. Onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək 394 nəfərin pulunu ələ keçirib.

O, cinayət məsuliyyətinə cəlb olunub. Hazırda araşdırmalar davam etdirilir.

10:32 - 31 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin