Asayis.Az xəbər verir ki, iclasın başlamasından əvvəl zərərçəkmiş şəxslərdən olan İbrahim Nurməmmədov Vaqif Xaçatryana yaxınlaşıb.
Bu zaman onların arasında kiçik dialoq olub və V.Xaçatryan 31 il əvvəl işgəncə verdiyi şəxsi tanıdığını bildirib.
Xatırladaq ki, ötən məhkəmədə də Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşmişdi.