Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir.
Asayis.Az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Vaqif Xaçatryan vəkili Natiq Bəybalayevdən imtina edib. Ona dövlət hesabına Radmila Abdullova yeni vəkil kimi dəvət edilib.
Vaqif Xaçatryan yeni vəkilinin hüququ yardımından istifadə edəcək.
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin vəkili məhkəməyə ərizə verib. Buna səbəb onun səhhətində yaranan problemlərlə bağlı xaricdə müalicə almağa getməsi olub.
Hakim deyib ki, yeni vəkil Radmina Abdulova təyin olub.
Hakim bildirib ki, yeni vəkil artıq işlə təmin olub.
Xaçaturyan yeni vəkilin iştirakına etiraz etməyib. Bildirib ki, bundan əvvəlki vəkil Natiq Bəybalayevdın imtina edir. Bununla bağlı məhkəməyə ərizə verib. Buna görə də vəkil Natiq Bəybalayevin vəkil kimi fəaliyyətinə xitam verilib.
Hakim deyib ki, vəkil Natiq Bəybalayevdən imtina edilib. Bundan sonra vəkil dəyişdirilib.