Ermənilər Qarabağa belə qayıdacaq - Evləri və əmlakı... - AÇIQLAMA

 Ermənilər Qarabağa belə qayıdacaq - Evləri və əmlakı... - AÇIQLAMA

Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi üzərində suverenliyini tam təmin edib. Bunu təmin edən bir çox şərtlər artıq yetişmişdi. Qarşı tərəf, yəni Ermənistan burada özü üçün müəyyən “şərtlər” qoymuşdu. Bundan da irəli gələrək Ermənistan proseslərlə bağlı güzəştli həlli qəbul etmirdi. Erməni əhalisinin maraqlarını nəzərə alan təkliflərdən belə Ermənistan hakimiyyəti imtina edirdi.

ABC.AZ xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycan Ermənistandan ərazisində saxladığı silahlıları çıxartmağı tələb edirdi:

“Çünki belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar olmayacaqdı. Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz önündədir”.

Politoloq hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa cür olduğunu anladı:

“Bunun ardınca Erəmistandan Qarabağda yaşayan ermənilərə əmr verildi ki, ərazini tərk edin. Əslində bu amil erməni tərəfinin mədəni siyasətin nə olduğunu anlamadığını göstərən faktdır”.

Zərdüşt Əlizadə Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini söyləyib:

“Bu gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi həmişə Azərbaycanın olub. Sadəcə olaraq Xankəndiyə qarşı erməni iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş emrənilərin buradakı əmlakı qorunur. Zaman getdikcə, ermənilər hissə-hissə geri qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar çox olacaq”./Teleqraf.com

 

17:48 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin