“Bir çox rayonlarda körpülərin istismarı düzgün deyil” - Astarada yeni salınan körpü niyə dağılıb?

 “Bir çox rayonlarda körpülərin istismarı düzgün deyil” - Astarada yeni salınan körpü niyə dağılıb?

Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsü sel səbəbilə dağılıb. 

Asayis.Az “apa.az”a istinadən xəbər verir ki, körpü illərdir qəzalı vəziyyətdə olub. Sakinlərin sözlərinə görə sel nəticəsində qəzalı körpü dağılandan sonra tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpü cəmi bir neçə gün davam gətirə bilib. 

“İstənilən körpünü salarkən onun topoqrafiyası və geolokasiyası nəzərə alınmalıdır. Körpünün harada və nəyin üzərində salınması əsas məqamlardandır. Körpünün estetik görüntüsünə deyil, konstruktiv daşıyıcılıq qüvvəsinə diqqət edilməlidir. Çay, kanal və tunellərin üzərindən salınan körpülərin hər birinin ayrı-ayrılıqda konstruktiv həlləri var”.

İnşaat üzrə ekspert, memar Muxtar Ərturan açıqlamasında deyib ki, istənilən körpünü salarkən onun topoqrafiyası və geolokasiyası nəzərə alınmalıdır:

“Körpünün harada və nəyin üzərində salınması əsas məqamlardandır. Körpünün estetik görüntüsünə deyil, konstruktiv daşıyıcılıq qüvvəsinə diqqət edilməlidir. Çay, kanal və tunellərin üzərindən salınan körpülərin hər birinin ayrı-ayrılıqda konstruktiv həlləri var”.

Ekspert qeyd edib ki, çaylar üzərində körpülər inşa edərkən konstruktiv həllər istinad divarlarına əsasən hesablanır:



“Körpünün altından keçən çayın maksimal həddi məsələsi var. Geoloji araşdırmalar aparılarkən bu məsələlər nəzərə alınır. Çay maksimum hara qədər qalxa bilərə, onun əsasında körpünün konstruktiv layihəsi verilir. 

Baş verən hadisənin səbəbi hesablama işlərinin düzgün aparılmaması və təbii fəlakət nəticəsində dəyəcək zərərin düzgün hesablanmamasıdır. Azərbaycanda bir çox rayonlarda körpülərin istismarı da düzgün deyil. Sumqayıtdan Saray istiqamətinə gedən yolda kanal var. Üzərində salınan körpü həm də dəmiryolunun üzərindən keçir. Körpünün  qurtaracağına yaxın işıqfor qoyulub. Körpünün gücü üzərində ağır tonnajlı kamazların dayanmasına hesablanmayıb, 30 saniyə, bir  dəqiqə ərzində onlar dayanıb, gözləyə bilməz. Sabah işıqforun qırmızı işığında bir neçə ağır tonnajlı yük maşını gözləsə, körpünün ağırlığa dözə biləcəyinə inanmıram. Bu ondan xəbər verir ki, ölkədə körpülərin həm inşasında, həm də istismarında problemlər var. Bütün körpülər dinamik keçidə hesablanıb”.

Demokrat.az

16:24 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin