“Xankəndi və Xocalıya Ağdamın tərkibində qəsəbə statusu verilməlidir” - TƏKLİF

 “Xankəndi və Xocalıya Ağdamın tərkibində qəsəbə statusu verilməlidir” - TƏKLİF

"Xankəndində daha az erməninin qalmasına çalışmalıyıq. Azərbaycan dövləti Qarabağda ermənilərin kompakt yaşamasına imkan verməməlidir. Hesab edirəm ki, dövlət siyasəti bu yöndə aparılmalıdır. Beynəlxalq qüvvələr çalışacaq ki, Qarabağa çoxlu sayda erməni köçürülsün. Artıq erməni irsi və mədəniyyətinin qorunması ilə bağlı xristian dünyası çağırışlar edir. Bu siyasətin qarşısını kökündən almaq lazımdır. Qətiyyən heç bir müşahidəçinin, missiyanın bu məqsədlə ərazilərimizə gəlməsinə icazə verməməliyik. Qarabağdakı erməni kilsələrini də, məbədlərini də Azərbaycan dövləti qoruyacaq. BMT-nin, Avropa İttifaqının, Qırmızı Xaçın bayrağı altında heç bir kənar müdaxiləyə imkan verilməməlidir”.

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib. O qeyd edib ki, azərbaycanlıların Xankəndinə, Xocalıya, Xocavəndə qayıdışı təmin edilməlidir:

“Sovetlər dövründə Xankəndində türk məhəlləsi var idi. 1989-cu ildə sovet əsgərlərinin gözü önündə azərbaycanlılar oradan qovuldu, daha sonra isə işğal olunan bütün əraziləri tərk etməyə məcbur edildi. Qarabağın dağlıq hissəsində ermənilər yaşadığı üçün orada mina problemi yoxdur, olsa da cüzidir. Azərbaycan bayrağının dalğalandığı bütün yerlərdə azərbaycanlılar yaşamalıdır”.

Politoloqun fikrincə, Xankəndi və Xocalının şəhər statusu ləğv edilməlidir:


“Necə ki, 90-cı illərin əvvəllərində Ağdərə rayonu ləğv edildi, ərazisi üç rayona birləşdirildi. Xankəndi və Xocalıya da Ağdamın tərkibində qəsəbə statusu verilə bilər. Ermənilər Xankəndini “Stepanakert” adlandırıblar, oranı mərkəz kimi qoruyub, saxlamaq istəyiblər. Onlara yenidən bu fürsəti vermək olmaz. Fikrimcə, ümumiyyətlə, Azərbaycan Respublikasınıın inzibati ərazi bölgüsündə rayonların sayı azaldılmalıdır”.

Demokrat.az

16:00 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin