Türkiyənin Mardin vilayətində 8 yaşlı qız ailəsi tərəfindən 9 yaşlı əmisi oğlu ilə evləndirilməyə çalışılıb.
Asayis.Az NTV-yə istinadən xəbər verir ki, hadisə vilayətin Kızıltepe rayonunda qeydə alınıb.
Belə ki, hər iki azyaşlının ailəsi birlikdə nişan mərasimi keçirib. Məlumatın sosial mediada yayılmasından sonra Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin Mardin vilayəti üzrə yerli idarəsi araşdırmalara başlayıb.