Mobily telefonu suya düşən şəxsin köməyinə polis yetişib.
Məlumata görə, vətəndaş 102 zəng mərkəzinə müraciət edərək bildirib ki, mobil telefonu dənizə düşüb. O, mobil cihazında olduqca əhəmiyyətli məlumatların varlığını bildirərək polisdən köməklik istəyib.
Aidiyyəti üzrə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları həmin şəxsin köməyinə yetişiblər. Polislər tərəfindən həmin mobil cihaz tapılaraq sahibinə təhvil verilib.