Bu rayonlarda fermerlərin işi asanlaşacaq - Sərsəng su anbarının istifadəsi kənd təsərrüfatına nə vəd edir?

 Bu rayonlarda fermerlərin işi asanlaşacaq - Sərsəng su anbarının istifadəsi kənd təsərrüfatına nə vəd edir?

Prezident İlham Əliyev oktyabrın 15-də Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Daha sonra dövlət başçısı su anbarının ərazisinə baxış keçirib.

Asayis.Az xəbər verir ki, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov açıqlamasında deyib ki, Sərsəng su anbarının Azərbaycanın nəzarətinə keçməsi ölkənin suvarma sisteminə töhfə verəcək:

“Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşən və ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. 1993-cü ildə su anbarının işğal altına düşməsi ilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında suvarılmada böyük problemlər yarandı. İşğal dövründə işğal altında olan ərazilərin 60 faizindən çoxunun elektrik enerjisi Sərsəng su anbarı hesabına ödənilirdi. Ermənilər Sərsəngdən tək su anbarı kimi deyil, Azəərbaycana qarşı silah kimi istifadə edirdilər. Yay ayları ərzində aşağı rayonlara demək olar ki, su verilmirdi, əksinə, qışda suyu buraxırdılar”.


Ekspert bildirib ki, Sərsəng su anbarı coğrafi mövqeyinə görə Azərbaycanın tam mərkəzində yerləşir:  

“Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında su bol olacaq, fermerlər suvarmada əziyyət çəkməyəcək. Bərdə və Ağcabədidə çoxlu subartezian quyuları qazılmıdı. Artıq o quyuların istifafəsinə ehtiyac olmayacaq. Qarabağ kanalının sağ sahili boyunca, eləcə də Bərdəyə kanaldan su axını bir qədər azalacaq. İşğal dövründə suvarma problemini həll etmək üçün milyonlarla xərc qoyulmuşdu.  Bu, ölkə iqtisadiyyatına və dövlət büdcəsinə böyük həcmdə ziyan demək idi. Artıq bu problem keçmişdə qalacaq”.
Demokrat.az

10:48 - 17 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin