Bakıya toya gələn qohumlar qəzaya düşdü - 7 yaralı var

 Bakıya toya gələn qohumlar qəzaya düşdü - 7 yaralı var

Bakı-Ələt yolunun 54-cü km-də avtomobil qəzası baş verib. Qəza nəticəsində yaralanan 7 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yaralılardan 6-sı qadın, 1-i kişi olub.

Gətirilən yaralıların hər birinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Yaralıların verdiyi məlumata görə, hadisə mikroavtobusun aşması nəticəsində baş verib.

Qeyd edək ki, xəsarət alanlar qohum olub və Bakıya toya gələrkən qəzaya düşüblər.

22:26 - 28 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin