Bakıdan Füzuliyə yola salınan 117 sakinə mənzillərinin açarları təqdim olunub

 Bakıdan Füzuliyə yola salınan 117 sakinə mənzillərinin açarları təqdim olunub

Oktyabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. 

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 28 ailə - 117 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin daimi məskunlaşması təmin edilib.
 

13:30 - 15 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin