Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi

 Bakıda “Gelandewagen” sürücüsü kasıbları təhqir etdi

Bakıda “Gelandewagen” idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

17:36 - 11 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin