Rusiyada iki manata olan Azərbaycan pomidoru yerli bazarda niyə 2 dəfə bahadır?

 Rusiyada iki manata olan Azərbaycan pomidoru yerli bazarda niyə 2 dəfə bahadır?

Son günlər ölkədə pomidorun qiyməti cib yandırır. Marketlərdə pomidorun kiloqramını 4-5 manat, bazarlarda isə 3 manatdan aşağı almaq mümkün deyil. 

Asayis.Az xəbər verir ki, liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlamasında qiymət artımının səbəblərinə aydınlıq gətirib:

“Bu il yağıntılar nisbətən çox oldu, pomidor yığımı ləngidi. Həmçinin, Azərbaycan Rusiyaya pomidor ixrac edir, lakin bunun iqtisadiyyata müsbət təsiri var. Əsas səbəb daxili bazarın tək əldə cəmləşməsidir. Pomidorun qiyməti bir günün içində 80 qəpikdən 5 manata qalxdı. Əvvəlki illərdə kənd təsərrüfatı üzrə inhisarlaşma yox idi. Kənd təsərrüfatı inhisardan kənar nadir sahələrdən biri idi. Artıq bu sahə üzrə də qiymətlər diqtə edilir. Bu gün Bakıda pomidorun qiyməti 3-5 manatdır, Moskvada isə bizim pulla 2 manata ən yaxşısını almaq olar.

Necə olur, Azərbaycandan Rusiyaya ixrac edilən məhsulun daxili bazarda qiyməti daha baha olur? Çünki orada bazar rəqabətlidir, sərbəstdir, amma bizdə monopoliya var, inhisarçılar qiyməti diqtə edir. Fermer özü birbaşa malını bazara çıxarıb, sata bilmir”.

Demokrat.az

13:12 - 12 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin