Evində yanaraq ölən müəllimənin qətlə yetirildiyi məlum olub.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayış evində baş verən yanğın nəticəsində öldüyü bildirilən Xuraman Həsənovanın meyitinə ilkin baxış keçirilib.
Baxış zamanı X. Həsənovanın üzərində zorakılıq əlamətləri aşkar edilib. Onun qətlə yetirildiyi, bundan sonra isə evinin yandırıldığı ehtimal edilir.
Hadisənin hansı zəmində və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Baş vermiş hadisə ilə bağlı istintaq, əməliyyat-axtarış tədbirləri davam etdirilir.