Kanada Cənubi Amerika ölkələri olan Kolumbiya, Haiti və Venesueladan 15 min nəfər miqrant qəbul edəcək.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Vətəndaşlıq və Miqrasiya Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, miqrantlardan 11 mini qohumluq əlaqələri vasitəsilə, 4 min nəfər isə istedad qiymətləndirilməsi ilə ölkəyə qəbul ediləcək.
Qeyd edək ki, qəbul prosesi bu ilin sonuna qədər davam edəcək.