Bakıda ana və 4 uşağı itkin düşdü

 Bakıda ana və 4 uşağı itkin düşdü

Bakıda ana və 4 uşağı itkin düşüb.

Asayis.Az
 xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində yaşayan Ağazaman Salamzadə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan arvadı Qızxanım Salamzadənin oktyabrın 4-də övladları - 2004-cü il təvəllüdlü Əbil Salamzadə, 2006-cı il təvəllüdlü Aysun Salamzadə, 2008-ci il təvəllüdlü Aynişan Salamzadə və 2010-cu il təvəllüdlü Səadət Salamzadə ilə birlikdə yaşadıqları ünvandan çıxmaları və geri qayıtmamaları barədə məlumat verib.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-də araşdırma aparılır.

17:48 - 11 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin