Asayis.Az xəbər verir ki, bu xoşbəxtlik doktor Nicat İbrahimova nəsib olub. 12 il Almaniyada yaşayıb, orda fəaliyyət göstərən N. İbrahimov bugünlərdə Vətənə qayıdıb. Özü də həmişəlik. Belə ki, o, bundan sonra fəaliyyətini Azərbaycanda - Şirvan şəhərində davam etdirəcək.
Onun 20 min avroluq maaşdan imtina edib Vətənə dönməsinə səbəb nədir? Həkimin Amerikada yaşayan azərbaycanlı həmkarımız Qənirə Ataşla söhbətində verdiyi açıqlamalar maraqlıdır.
N. İbrahimov bildirib ki, bu qərarı anidən verib: “1-2 ay əvvəl rastlaşdığım statistika məni təsirləndirdi. Statistikaya əsasən dünyada ürək xəstəliklərindən ölüm sayına görə Azərbaycan ikinci yerdə idi. Biz azərbaycanlı həkim olaraq, qərib ölkələrdə xarici vətəndaşları 100 yaşında belə müalicə edib həyata qaytarırıq, öz vətənimizdə isə gənc yaşlarda ölüm halları artır. Bu pik nöqtə oldu və ertəsi gün Azərbaycana gəlmək üçün ərizə yazıb işdən ayrıldım”.
Onun sözlərinə görə, mənəviyyat məsələsinin maddiyyatdan üstün tutduğundan belə bir qərar verib. Bundan başqa, Vətən eşqi onun bu qərarı verməsində böyük rol oynayıb.
Qeyd edək ki, Nicat İbrahimov Azərbaycan Tibb Universitetini bitirəndən sonra Almaniyada təhsilini davam etdib. Almaniyanın Coburg seherinde Regiomed Klinikasında Daxili Xəstəliklər ve Kardiologiya şöbəsinin mudiri olub. 12 ildən çox olan fəaliyyəti dövründə 17 gənc azərbaycanlını assistant olaraq yetisdirib. Invasiv kardioloqdur.
Bakıvaxtı.az