Qəzaya düşməmək üçün özünü traktordan atan sürücü - Xəstəxanada öldü

 Qəzaya düşməmək üçün özünü traktordan atan sürücü - Xəstəxanada öldü

Şəkidə qəzaya düşməmək üçün özünü traktordan atan sürücü ölüb.

Hadisə Şəkinin Qırxbulaq kəndində baş verib.

Belə ki, kənd təsərrüfatı işlərini görmək üçün əkin sahəsinə gedən traktorun sürücüsü idarəetməni itirərək özünü yola atıb. Traktor isə sürücüsüz hərəkət edərək divara çırpılaraq dayanıb.

Hadisə nəticəsində traktorun sürücüsü, Şəki rayon sakini 67 yaşlı İsə Hüseynov ağır bədən xəsarətləri alıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, xəstəxanada dünyasını dəyişib.

09:52 - 26 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin