Xəbər verdiyimiz kimi, İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və İsrailə 5000 raket atıldığını bildirib. Tel-Əvivə konsertə gedən "Avroviziya" təmsilçilərimizdən olan Samirə Əfəndi ailəsi ilə birlikdə orada qalıb.
Axşam.az xəbər verir ki, Samirə canlı yayım açaraq oradakı durumdan danışıb. İfaçı bildirib ki, konsertində olan bir nəfəri əsir götürüblər:
“Ürəklərində mərhəmət yoxdur. Qız almandır, İsraildə yaşayır. Konsertə də gəlmişdi, əsir düşüb. Burada qəribə hadisələr olur. Küçədə ciddi yoxlanış var. Hava limanında elə hadisələr baş verir ki… Neçə dəfə uçuş təxirə salındı. Biletlərin qiyməti bahalaşdı. Nəsə baş versə video çəkib paylaşacağam”.