ANAMA ədədi 73 min manatdan 12 mikroavtobus alır

 ANAMA ədədi 73 min manatdan 12 mikroavtobus alır

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) keçirdiyi açıq tender müsabiqələrinin qalibi bəlli olub.

Yeniavaz.com xəbər verir ki, Agentliyin 354 min 488 manat 52 qəpik və 876 min manat dəyərindəki iki tenderinin qalibi müvafiq olaraq “İnfinitech” MMC və “Azərmaş Group” MMC olub.

“İnfinitech” MMC 354 min 488 manat 52 qəpiyin qarşılığında kompüter və printer avadanlıqlarının satın alınması xidmətlərini verəcək.
22 mart 2002-ci ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 250 min 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Məmmədəli Şərifli , ev 9, m. 107-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əyyubov Mustafa Sabir oğludur.

“Azərmaş Group” MMC isə 876 min manata Agentlik üçün 12 ədəd mikroavtobus (18-20 yerlik) satın alacaq. Rəqəmlərdən də göründüyü kimi mikroavtobusun bir ədədi 73 min manata başa gələcək.

24 yanvar 2019-cu ildə qeydiyyata alınan “Azərmaş Group” MMC-nin nizamnamə kapitalı 3 milyon 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, m. 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Adıgözəlov Rövşən Rəfail oğludur.
 

 

12:00 - 9 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin