Milli Məclisin bu gün keçirilən iclasında Xocalıda küçələrdən birinə şəhid Natiq Qasımovun adının verilməsi təklif edilib.
Asayis.Az-ın xəbərinə görə, bu təkliflə deputat Sahib Alıyev çıxış edib.
O əminliklə bildirib ki, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid Natiq Qasımovla bağlı dəqiq məlumat verilsə, o, haqq etdiyini alacaq:
“Hətta Xocalıda bir küçəyə onun adı verilə bilər. Mən altı il əvvəl onun ailəsi ilə görüşmüşəm”.