Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
Asayis.Az xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.
Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, cari qış mövsümünün ilk qarıdır. Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.