Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov həbs edilib.
Asayis.Az-ın məlumatına görə, F.Muradov hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.
O, Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmə qərarı ilə 4 aylıq həbsqətimkan tədbiri seçilib.
İş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.
Qafqazinfo