Baydenin Putinə dedikləri: Nüvə savaşı, Ukrayna...

 Baydenin Putinə dedikləri: Nüvə savaşı, Ukrayna...

ABŞ Prezidenti Bayden rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bir neçə dəfə nüvə müharibəsinin yolverilməzliyini vurğulayıb.

Buta.ws xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Putinin köməkçisi Yuri Yşakov deyib.

“Prezident Bayden söhbət əsnasında bir neçə dəfə dedi ki, nüvə savaşını başlamaq olmaz və onu udmaq mümkün deyil. Bu, olduqca mühümdür. Amerikalılar ABŞ və Rusiyanın ən böyük nüvə gücü olduqlarını anlayırlar”, - Uşakov bildirib.

Putinin köməkçisinin sözlərinə görə, Bayden də Rusiya və ABŞ-ın həm Avropada, həm də dünyanın başqa yerlərində təhlükəsizliyin gücləndirilməsində “açar rol” oynadığını vurğulayıb.

“ABŞ tərəfinin bu telefon danışığında toxunduğu ən əsas məqam isə budur: Bayden dəqiqliklə dedi və Putini əmin etdi ki, Vaşinqton Ukraynada hücum xarakterli zərbə silahları yerləşdirmək niyyətində deyil”, - Uşakov qeyd edib.

16:59 - 31 Dekabr 2021

Ən son xəbərləri səhifəmizdən də izləyin