Şirvanda çöl ərazidə meyit tapılıb.
Səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.
Hüquq-mühafizə orqanların tərəfindən aparılan araşdırılmalarla ölən şəxsin Şirvan sakini, 17 yaşlı Ələkbərov Əli İxtiyar oğlu olduğu, onun elektrik cərəyanı vurması nəticəsində öldüyü məlum olub.