Sumqayıtda toya gələn şəxs dünyasını dəyişib

 Sumqayıtda toya gələn şəxs dünyasını dəyişib

Sumqayıtda kişi şadlıq evində dünyasını dəyişib.

APA xəbər verir ki, hadisə “Sevgilim” şadlıq sarayında baş verib.

Toy məclisində qonaq kimi iştrak edən 76 yaşlı Nurəddin Şiraslan oğlu Havayarovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım çağırılsa da N. Havayarovu xilas etmək mümkün olmayıb. Ölümün səbəbləri məlum deyil. Fakt araşdırılır.

14:24 - 2 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin