“Qarabağda tikinti işlərində süni zəkadan istifadə etmək olar” - Ali Mangera

 “Qarabağda tikinti işlərində süni zəkadan istifadə etmək olar” - Ali Mangera

“Azərbaycanın Qarabağ bölgəsində tikinti işlərində, parkların salınmasında süni zəkadan istifadə etmək mümkündür”.

Asayis.Az
 xəbər verir ki, bunu memar və layihələndirici Ali Mangera “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Sağlam şəhərlər, inkişaf edən icmalar: şəhərsalma vasitəsilə həyat keyfiyyətinin yüksəldilməsi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda deyib.

“Qarabağ çox fərqli bölgədir. Burada qədimlik, xatirələr, insanların sevinc və kədərləri var. Ona görə də, Qarabağı başqa məkanlarla müqayisə etmək doğru deyil. Belə məkanlarda tikinti işlərində süni zəkadan istifadə etməklə maraqlı nəticələr əldə etmək olar”, - deyə o əlavə edib.
Ali Mangera vurğulayıb ki, Qarabağ süni zəkadan istifadə edilməklə bərpa və yenidənqurma işləri aparmaq üçün möhtəşəm fürsətdir:

“Süni zəka bizə bir-birinə oxşar binaların tikintisindən uzaq olmaqda da kömək edə bilər”.//Report

13:00 - 2 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin