Qarabağda cinayət törətmiş bu qədər şəxs beynəlxalq axtarışa verilib

 Qarabağda cinayət törətmiş bu qədər şəxs beynəlxalq axtarışa verilib

“Qarabağda sülh əleyhinə cinayət törətmiş 300-dən artıq şəxs beynəlxalq axtarışa verilib”.

Asayis.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, həmin cinayət işləri ilə bağlı əsaslı sübutlar var:

“Onlardan bəziləri 44 günlük Vətən müharibəsindən sonra həbs edilərək barələrində ittihamedici hökmlər çıxarıldı. Bu yaxınlarda antiterror tədbirlərindən sonra bu iş daha da sürətləndi. Laçın sərhəd məntəqəsinin açılışı isə bu işləri daha da asanlaşdırdı”.

11:55 - 1 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin