“Mercedes”lə avtoşluq etdi, həbs olundu

 “Mercedes”lə avtoşluq etdi, həbs olundu

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib.

Asayis.Az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini İntiqam Qarayev saxlanılıb. Onun idarəsində olan "Mercedes" markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

O, qərara əsasən inzibati qaydada 20 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.

12:00 - 1 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin