Türkiyədə məsciddə içki içərək şəklini paylaşan şəxs saxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin İstanbul şəhərində baş verib.
Şübhəliyə qarşı “ictimaiyyətin bir təbəqəsi tərəfindən qəbul edilmiş dini dəyərləri açıq şəkildə təhqir etmək” və “ictimaiyyəti nifrət və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamları ilə 4 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb.
Prokurorluğun hazırladığı iddianamə Anadolu Cəza Məhkəməsi tərəfindən qəbul edilib.