Sabina Katanovaya 130 min pul "atan" vəkil HƏBS EDİLDİ

 Sabina Katanovaya 130 min pul

Azərbaycanda tanınmış vəkil həbs edilib.

Məlumata görə, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzluqda ittiham olunur.

O, bir neçə vətəndaşın etimadından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq edib. Zərərçəkənlərə dəymiş ziyanın məbləği 200 min manatdan artıqdır.

Vüqar Səfərlinin əməlindən ən çox zərər çəkən isə tanınmış blogger Sabina Katanovadır. Ona 130 min manatdan çox zərər vurulduğu bildirilir.

V. Səfərli barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlamasında bildirib ki, V. Səfərli əvvəllər kollegiyanın üzvü olub.

Onun sözlərinə görə, V.Səfərli bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılıb.

 


13:46 - 19 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin