Başlıbel qətliamında ölən şəxslərin qəbirləri üzərində abidə ucaldılacaq

 Başlıbel qətliamında ölən şəxslərin qəbirləri üzərində abidə ucaldılacaq

"Yaxın vaxtlarda Başlıbel qətliamı zamanı ölən şəxslərin qəbirləri üzərində abidənin ucaldılması planlaşdırılır".

Asayis.Az 
xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynov “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatı zamanı deyib.

O xatırladıb ki, Kəlbəcərdə Murov dağından qaçarkən 200-dən artıq insan donaraq həyatını itirib: "1993-cü ilin sonunda Kəlbəcərdə etnik təmizləmə həyata keçirildi. Ancaq 62 nəfər Başlıbeli tərk etmədi. Onlardan 32 nəfəri həyatını itirib. Bir nəfər ürək tutmasından ölüb. 30 nəfər isə 113 günlük mühasirədən sonra Daşkəsən rayonuna gələ bilib. 1890-cı ildə doğulmuş Ələsgər Kazımov kəndini tərk etməyib və mühasirədə yaşayıb".

11:00 - 29 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin