Ermənistan Baş nazirinin keçmiş müavini Tiqran Avinyanın administrasiyasının sabiq rəhbəri, Paşinyanın 2020-ci il noyabrın 10-da verdiyi bəyanatdan sonra istefa vermiş Varaq Siseryan keçmiş müdafiə naziri, deputat Seyran Ohanyanın bəyanatına cavab verib.
Siseryan qeyd edib ki, Şuşanın müdafiəsinin son günlərinin faktiki komandiri Seyran Ohanyan idi.
“Seyran Ohanyanın keçdiyi yola hörmək edərək onun “168.am” nəşrinə verdiyi müsahibəsinə cavab verməliyəm. Bir daha təsdiq edirəm ki, son günlərdə Şuşanın faktiki komandiri Seyran Ohanyan idi, o, əslində yerli müdafiəni koordinasiya edirdi. Bunu o vaxt Şuşada olan və ya özünümüdafiənin təşkilinin təfərrüatlarından xəbərdar olan şəxslərin hamısı sübut edə bilər. Təbii ki,Şuşada olmaq və ya şəhəri tərk etmək Ohanyanın şəxsi qərarı idi. Problem ondadır ki, o, Şuşadakı bölmələrə xəbərdarlıq etmədən şəhəri tərk edib, nəticədə bölmələrin komandanlıqla əlaqəsi çox qəribə şəkildə kəsilib. Mənim gətirdiyim bölük Daşaltı könüllülərinin bölüyü idi. Seyran Ohanyan həmin bölüyə göstəriş verdi ki, rəqibin hərəkətinin qarşısını almaq üçün yuxarı qalxıb Daşaltıya baxan mövqeləri tutsunlar. Bölük ilə mövqelərə qalxmışam. Sual yaranır ki, əgər o, hansı bölük olduğunu bilmirdisə, niyə onlara o mövqelərin müdafiəsini həvalə etdi?”, - deyə o bildirib.