Bakıda skuterlər üçün zolaqlar niyə yoxdur? - AÇIQLAMA

 Bakıda skuterlər üçün zolaqlar niyə yoxdur? - AÇIQLAMA

Bakıda skuter sürənlərin sayı artıb. Xüsusən də dənizkənarı bulvar ərazisi skuter istifadəçilərinin sevimli məkanına çevrilib. Lakin bu, sakinlərdə narazılıq doğurur. Belə ki, skuter sürənlər piyadalara mane olur, təhlükəli vəziyyət yaradırlar. Skuterlərin hərəkəti üçünsə təəssüf ki, ayrıca zolaqlar yoxdur.

Asayis.Az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədov açıqlamasında deyib ki, hər hansı nəqliyyat növü ölkəyə gətirilirsə, onun hərəkəti üçün işlək mexanizm olmalıdır:

“Təəssüf ki, Bakı şəhərinin nəqliyyat infrastrukturuna baxanda görürük ki, digər nəqliyyat vasitələri üçün hərəkət etmək çətindir. Şəhər artıq dolub, tıxaclar yaranır. Hansısa nəqliyyat vasitəsi və ya piyada hərəkət etmək üçün mütləq digərinin yoluna çıxmalıdır”. 

Ekspert qeyd edib ki, skuterlər daha çox piyada yolu ilə və velosiped zolaqları ilə hərəkət edir: 

“Dünya praktikasında bunlar üçün ayrıca yollar var. Bakıda bunu etməksə müşkül məsələdir. Şəhərin gələcək baş planında velosiped zolaqlarının artırılması nəzərdə tutulub. Hazırda Şağan qəsəbəsində, yeni bulvar ərazisində velosiped zolaqları var. Şəhər yüklənib, ona görə də bu, vaxt aparan prosesdir”.
 

Demokrat.az

17:36 - 27 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin