Bakıda xanım sürücü yol qəzasında ağır xəsarət alıb

 Bakıda xanım sürücü yol qəzasında ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Sabunçu körpüsü”nün üzərində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün qarşıda hərəkət edən “KİA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, 26 yaşlı Bağırova Nuranə Məmmədağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

10:21 - 18 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin