Türkiyəli tanınmış jurnalist və yazıçı Hıfzı Topuz dünyasını dəyişib. Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, o, sentyabrın 26-ı səhər saatlarında İstanbul şəhərində vəfat edib.
Qeyd edək ki, 100 yaşında dünyasını dəyişən Topuz müxtəlif mövzularda 51 kitab yazıb.
O, 1998-ci ildə TGC Burhan Fələk Mətbuat Xidməti Mükafatını, 2003-cü ildə TGC Mətbuat Azadlığı Mükafatını və 2020-ci ildə Nazım Hikmət Dostluq Mükafatını alıb.