İmişli rayonunun Rəsullu kəndində market sahibi azyaşlı uşaqlara seksual xarakterli hərəkətlər edib.
Kənd sakinlərinin sözlərinə görə, mağaza sahibi alış-verişə gələn 10-12 yaşarası bir neçə qıza porno video nümayiş etdirib. Onlara qarşı seksual xarakterli hərəkətlər edib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov İmişli rayonunun Rəsullu kəndində azyaşlı qız uşağına edilmiş seksual hərəkətlərin baş verməsi hadisəsi ilə bağlı bildirib:
“Həmin hadisə ilə bağlı məlumatımız var. Faktla əlaqədar obyektin sahibi M.Abbasov İmişli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.”