Meral Akşener xəstəxanaya yerləşdirildi

 Meral Akşener xəstəxanaya yerləşdirildi

Türkiyəli İYİ Partiya sədri Meral Akşener virus infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilib.

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, qızdırma, qusma, və halsızlıq şikayətləri ilə xəstəxanaya yerləşdirilən partiya sədrinə virus infeksiyası diaqnozu qoyulub.

Akşenerin ümumi səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, siyasətçinin xəstəliyi ilə əlaqədar sabah və sentyabrın 26-da keçiriləcək Prezident Şurasının iclası təxirə salınıb.

16:24 - 26 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin